Uşaq incəsənət məktəbinin şagirdi beynəlxalq müsabiqənin Qran-Pri mükafatına layiq görülüb
Bakı, 27 yanvar, AZƏRTAC
İsrailin Qüds şəhərində keçirilmiş “Bethelehem Star” Yaradıcılıq üzrə Beynəlxalq Festival-Müsabiqəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Süleyman Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin Fortepiano ixtisası üzrə V sinif şagirdi İnci Həsənli uğurla çıxış edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, İnci Həsənli “İnstrumental” nominasiya üzrə orta yaş kateqoriyasında “solo piano”da ifasına görə Qran-Pri mükafatına layiq görülüb.
Rafet El Roman yenidən Bakıda konsert verib
Braziliyada Azərbaycanın Müstəqillik Günü münasibətilə caz konserti təşkil edilib
Ölkəmiz Moskvada Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında təmsil olunub
Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert