×
A
A
A
Sazlamalar

Qanunsuz balıq ovu ilə bağlı iki cinayət işi başlanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər dənizində qanunsuz balıq ovunun edilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu etmiş şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkarlandığına görə 7 nəfər barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.
Eyni zamanda, Xəzər dənizində qanunsuz balıq ovu etmiş şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitələrində dəyəri 1760 və 6820 manat təşkil edən nərə balıqlarının

Hadisə 2022-01-27 18:03:00