×
A
A
A
Sazlamalar

Texniki Universitetdə məzunların işə düzəlməsini izləyən əks əlaqə mexanizmi qurulacaq

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) 2021-2030-cu illər üçün inkişaf strategiyasina əsasən, 2023-cü ilədək məzunların işə düzəlməsini izləyən əks əlaqə mexanizminin qurulması, 2030-cu ilədək isə məzunların 70 faizindən çoxunun ixtisasları üzrə işlə təmin olunması nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Qeyd edək ki, strategiyanın məqsədi rəqəmsal platformada texnoloji gələcək üçün ağıllı həllər vermək və bu yöndə mütəxəssis hazırlığını təmin etmək, mühəndislik elmləri və ağıllı texnologiyaların tətbiqi sahəsində regionda lider universitet olmaqdır.

Elm və təhsil 2022-01-27 17:49:00