Stomatologiyaya aid yeni dərsliklər nəşr edilib
Bakı, 27 yanvar, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları Oqtay Seyidbəyov, Məzahir İsmayilov, Lalə Quliyeva və Cəmil Babayevin "Ağız suyu və tüpürcəyin orqanizm və ağız boşluğu orqanlarına təsiri" və həmin kafedranın dosenti Məzahir İsmayilovun "Adgeziv stomatologiya – müasir stomatologiya" dərslikləri nəşr edilib.
Bu barədə AZƏRTAC-a institutun mətbuat xidmətindən məlumat veriblər.
Dərsliklərdə müasir stomatologiyanın bütün bölmələri – minimal invaziv stomatologiya, estetik və restovrativ stomatologiya, kariesologiya, endodontiya, direkt və indirekt ortopedik restovrasiyaları və s. əhatə edilir, tələbə, rezident və praktik stomatoloqlara innovativ materiallar, üsul və texnologiyalar barədə məlumatlar sadə dildə çatdırılır.
Dərsliklər praktik stomatoloqların istifadəsi üçün faydalı vəsaitdir.
Mayın 21-də Azərbaycanda COVID-19 əleyhinə 3 min 273 doza vaksin vurulub
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 1 yoluxma faktı qeydə alınıb
ÜST: dünyanın 11 ölkəsində meymun çiçəyinə 80-ə yaxın yoluxma faktı təsdiqlənib
Mayın son on günündə cüzi maqnit dalğalanmaları gözlənilir
“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində keçirilən tədbirlər yekunlaşıb