Ağacları zədələyən şirkət cəzalandırılıb
Bakı, 27 yanvar, AZƏRTAC
Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov, 36 F ünvanında “Fəxri” Mənzil-Tikinti Kooperativi tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov AZƏRTAC-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib.
Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Portuqaliya iqlim dəyişikliyinin ən çox hiss edildiyi ölkələrdən biridir
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
Xəzər dənizinin balıq ehtiyatları on dəfələrlə azalıb
Xəzər dənizinin rekreasiya zonalarında və çimərlik ərazilərində monitorinqlərə başlanılıb