×
A
A
A
Sazlamalar

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi təlim keçirib

Bakı, 27 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı səmərəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.
Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Sosial 2022-01-27 16:23:00