Sumqayıt şəhər sakinindən narkotik vasitə götürülüb
Bakı, 27 yanvar, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rəsulov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 221 qrama yaxın heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı şəhər polis idarəsi tərəfindən araşdırma aparılır.
Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb
Nərimanov rayonunda yaşayış binasında yanğın zamanı mənzildən bir nəfər xilas edilib
Binəqədi rayonunda beş evdən oğurluq edən şəxs saxlanılıb VİDEO