×
A
A
A
Sazlamalar

Salyan rayon sakininin avtomobilini oğurlamaqda şübhəli bilinən qohumu müəyyənləşdirilərək yaxalanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsinə yanvarın 26-da saat 2 radələrində Bəydili kənd sakini N.Əzizovun “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən qohumu, Qızılağac kənd sakini N.Eyvazov müəyyənləşdirilərək saxlanılıb.
Rayon polis şöbəsində faktla bağlı araşdırma aparılır.

 

 

Hadisə 2022-01-27 14:44:00