×
A
A
A
Sazlamalar

Gəncədə paytaxt sakininin avtomobilini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə yanvarın 25-də Nizami prospektindən paytaxt sakini T.Ağazadənin “VAZ-2121” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılıb, digər bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Hadisə 2022-01-27 14:45:00