×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda aptekdən pul oğurlayan paytaxt sakini müəyyənləşdirilərək yaxalanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə yanvarın 21-nə keçən gecə N.Hacıyev küçəsindəki apteklərin birindən 700 manat pulun oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov müəyyənləşdirilərək saxlanılıb.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-01-27 14:10:00