×
A
A
A
Sazlamalar

Xaçmaz rayon sakinindən yarım kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakı, 27 yanvar, AZƏRTAC

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Xaçmaz rayon sakini Mehman Musayev və Quba rayon sakini Həmid Həmidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman ümumilikdə yarım kiloqrama yaxın marixuana və heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2022-01-27 13:13:00