×
A
A
A
Sazlamalar

Qubada narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Bakı, 27 yanvar, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon sakini Saleh Bağırovun idarə etdiyi “Mercedes” markalı avtomobili nəzarət-yoxlama qaydasında saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarında həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığı üçün o, həkim müayinəsindən keçirilib. Həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Avtomobilləri narkotik vasitələrin təsiri altında idarə edən sürücülərin aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2022-01-27 13:12:00