×
A
A
A
Sazlamalar

Sumqayıt sakininin avtomobilini qaçıran şəxs tutulub

Bakı, 27 yanvar, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin yanvarın 25-də 32-ci məhəllə ərazisindən qaçırılması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2022-01-27 12:52:00