×
A
A
A
Sazlamalar

Ölkədə səpin aparılmış sahənin 98,8 faizini dən üçün payızlıq bitkilər təşkil edib

Bakı, 27 yanvar, AZƏRTAC

Ölkədə 2022-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və 2021-ci il dekabrın 24-ü vəziyyətinə 1 milyon 22 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, səpin aparılmış sahənin 98,8 faizini və yaxud 1 milyon 9,5 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 601,8 min hektarı buğda, 407,5 min hektarı arpa, 0,2 min hektarı isə çovdar əkinlərinin payına düşür.
2020-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 2,9 faiz, o cümlədən arpanın səpin sahəsi 9,3 faiz artıb, buğdanın səpin sahəsi 1,1 faiz, çovdarın səpin sahəsi isə 40,2 faiz azalıb.

 

Kənd təsərrüfatı 2022-01-27 12:22:00