×
A
A
A
Sazlamalar

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələniblər

Bakı, 27 yanvar, AZƏRTAC

Polis əməkdaşları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik və Yasamal Rayon Polis idarələri əməkdaşlarının yanvarın 26-da rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir köşkdə, bir mağazada və bir şərab evində satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkarlanıb.
Həmin satıcılar barələrində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinə əsasən, (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


Hadisə 2022-01-27 11:28:00