×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 26 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 27 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka 25 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə bir qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri bir nəfəri xilas ediblər. Yanğın zamanı 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, iki nəfər tüstüdən zəhərlənib. Həmçinin yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Hadisə 2022-01-27 10:47:00