×
A
A
A
Sazlamalar

Azərbaycan neftinin qiyməti 94 dollara yaxınlaşır

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan neftinin qiyməti bahalaşıb.
AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,68 dollar artaraq 93,84 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 3-də 93 dollardan baha (93,41) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 21-də (92,89) qeydə alınmışdı.

Neft - qaz 2022-01-27 10:34:00