×
A
A
A
Sazlamalar

DİN: COVID-19 pasportu olmadığına görə ötən gün altı nəfər toy şənliklərinə buraxılmayıb

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 26-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinq 83 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə üç nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. Bir şadlıq sarayının sahibi barəsində toplanmış material məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə altı nəfər şənliyə buraxılmayıb.

 

 

Hadisə 2022-01-27 10:23:00