×
A
A
A
Sazlamalar

“Azneft” İstehsalat Birliyi ötən ili müsbət göstəricilərlə başa vurub

Bakı, 26 yanvar, AZƏRTAC

SOCAR-ın “Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə birliyin feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, neft-qaz sənayesində çalışan həmkarlarımızın fədakar əməyi sayəsində ötən il neft hasilatı planı 6 faiz çox - 106 faiz, qaz hasilatı planı isə 3 faiz çox olmaqla 103 faiz yerinə yetirilib.

Neft - qaz 2022-01-26 18:16:00