×
A
A
A
Sazlamalar

Göyçayda qanunsuz fəaliyyət göstərən kolbasa istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 26 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Göygöl rayonunun Yeni Qızılca kəndində fiziki şəxs Əmrahov Eşqin Qəzənfər oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirilən yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu müəyyən edilib.
Müəssisədə “Fermer” nişanı altında istehsal olunan məhsulların etiketlənməsində tərkibi ilə bağlı reallığı əks etdirməyən, təhrif olunmuş məlumatların yer aldığı və digər nöqsanlar aşkar olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. İstehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Araşdırmalar davam edir.

 

 

Kənd təsərrüfatı 2022-01-26 18:03:00