×
A
A
A
Sazlamalar

DOST Agentliyi İdarə Heyətinin iclası keçirilib

Bakı, 26 yanvar, AZƏRTAC

DOST Agentliyi İdarə Heyətinin növbəti iclası keçirilib.
Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, onlayn iclasda agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov, həmçinin departament və şöbə rəhbərləri iştirak ediblər.
İclasda DOST mərkəzlərinin illik fəaliyyətinin nəticələri müzakirə edilib, agentliyin Müşahidə Şurasının 2022-ci il üzrə ilk iclasının çağırılması və bununla bağlı digər inzibati məsələlər müzakirə olunub.
İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib və müvafiq tapşırıqlar verib.

Sosial 2022-01-26 17:56:00