×
A
A
A
Sazlamalar

Qaxda aqrar sahədə məhsul istehsalı 10,7 faiz artıb

Qax, 26 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Qax rayonunda 71 milyon 356,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 10,7 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda 44 milyon 234,4 min manatlıq bitkiçilik, 27 milyon 122 min manatlıq heyvandarlıq məhsulları istehsal edilib. Hesabat dövründə rayonda ət, süd, yumurta və yun istehsalında artım qeydə alınıb.
Bu il yanvarın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 23 min 461 baş iribuynuzlu mal-qara, 57 min 277 baş qoyun və keçi olub.

 

Kənd təsərrüfatı 2022-01-26 16:42:00