×
A
A
A
Sazlamalar

Qobustanda aqrar sektorda məhsul istehsalı 14,5 faiz artıb

Qobustan, 26 yanvar, AZƏRTAC

Qobustan rayonunda 2021-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı inişilki illə müqayisədə 12,1 milyon manat və ya 14,5 faiz artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, keçən il aqrar sektorda 95,2 milyon manatlıq ümumi məhsul buraxılışı olub. İstehsal edilən məhsulun 34,4 milyon manatı bitkiçilik, 60,8 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşür. Məhsul istehsalının artımı daha çox bitkiçilik sahəsindədir. Belə ki, bu sahədə 9,4 milyon manat, heyvandarlıqda isə 2,6 milyon manat artım olub.
Qeyd edək ki, aqrar sektorun inkişafı ilə əlaqədar sahibkarlara göstərilən dövlət dəstəyi məhsul istehsalının artımında mühüm rol oynayır.

Kənd təsərrüfatı 2022-01-26 11:48:00