×
A
A
A
Sazlamalar

Qanunsuz ov edənlər cəzalandırılıblar

Bakı, 24 yanvar, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yanvarın 17-dən 24-dək keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bunu AZƏRTAC-a xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Astara şəhər sakinləri Eldar Cəbrayılov və Asəf Qasımov olduğu müəyyən edilib.
B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Bakı şəhər sakini Ziyadxan Sadıqov, Qaradağ rayon sakinləri Elvin İsmayılov, Elnur Nadirov və Saatlı rayon sakini Eldəniz Fərzəliyev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2022-01-24 16:19:00