Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.
Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.
Təlim toplanışı yanvarın 29-dək davam edəcək.
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri davam edir
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Kommunikasiya strategiyasının icrası ilə bağlı işçi qrupun görüşü keçirilib
Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir VİDEO