×
A
A
A
Sazlamalar

SOCAR: Ötən il 2020-ci illə müqayisədə 8,4 faizdən çox təbii qaz istehlak olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən il ölkəmizdə ümumilikdə 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu, əvvəlki illə müqayisədə 8,4 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu göstəricilər SOCAR-ın ötən il üzrə açıqladığı hesabatda əksini tapıb.
2021-ci il ərzində ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 faizdən 96,3 faizə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir.
Qeyd edək ki, SOCAR təbii qazdan xammal kimi istifadə edərək metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.

Neft - qaz 2022-01-21 23:10:00