×
A
A
A
Sazlamalar

20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsidir

Lənkəran, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yanvarın 20-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi və gənc könüllülərin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin Şəhidlər xiyabanına gələrək, milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini anıblar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə tər qərənfillər düzülüb.
Tədbir Heydər Əliyev Mərkəzinin kino-klubunda 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən “Qanlı Yanvar” adlı filmin nümayişi ilə davam edib.
Anım tədbirində çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Tədbir 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

 

Regionlar 2022-01-20 19:08:00