×
A
A
A
Sazlamalar

Masallı Xalq Teatrında “Cəllad” tamaşası nümayiş olunub

Masallı, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Xalq Teatrında 20 Yanvar faciəsinə həsr edilmiş “Cəllad” tamaşası nümayiş olunub.
Tamaşanın təqdimat mərasimində rayon rəhbərliyi, mədəniyyət işçiləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni tamaşanın təqdimat mərasimində çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ayaz Əliyev 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlardan danışıb. O, 20 Yanvar faciəsini milli iradənin təntənəsi və birlik rəmzi kimi dəyərləndirib.
“Cəllad” tamaşasında obrazları teatrın səhnə ustaları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri canlandırıblar.
Tamaşada, həmçinin 20 Yanvar faciəsinin günahsız qurbanlarına həsr olunmuş şeirlər səsləndirilib, monoloqlar, həzin musiqilər ifa edilib.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatı Elsevər Əliyev və Ruslan Zahidovundur.

Regionlar 2022-01-20 18:33:00