×
A
A
A
Sazlamalar

Zərdabda Şəhidlərin Xatirə Parkında abidə önünə qərənfillər düzülüb

Zərdab, 20 yanvar, AZƏRTAC

Zərdab rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə ümumrayon anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları səhər saatlarında Zərdabda Şəhidlərin Xatirə Parkına gələrək abidənin önünə qərənfillər düzüb, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Sonra 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar buraxılan divar qəzetlərinə və əl işlərindən ibarət sərgiyə baxış olub.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Regionlar 2022-01-20 15:46:00