×
A
A
A
Sazlamalar

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gəncə, 20 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Şəhidlər memorial kompleksi abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə olunub.
Həmçinin tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, universitetin bir qrup professor-müəllim, tələbə heyəti və digər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

 

Regionlar 2022-01-20 15:18:00