×
A
A
A
Sazlamalar

Şamaxıda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Şamaxı, 20 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərindəki Şəhidlər xiyabanında anım mərasimi keçirilib
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin saatlarında Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, burada ucaldılmış xatirə abidəsinin önünə əklil qoyulub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ictimaiyyət nümayəndələri qanlı Yanvar faciəsində şəhid olan rayon sakinləri Vidadi Üzeyir oğlu Məmmədovun və Ağanəzər Araz oğlu İsrayılovun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət ediblər. Faciə qurbanlarının ruhlarına dualar oxunub.
Bakı vaxtı ilə saat 12:00-da Şamaxı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Regionlar 2022-01-20 14:26:00