×
A
A
A
Sazlamalar

Güclü qar Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətini iflic edib VİDEO

İsmayıllı, 20 yanvar, AZƏRTAC

Dayanmadan yağan qar səbəbindən Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda həm də qəzalara səbəb olub.
Avtomobillər əzilsə də xoşbəxtlikdən sürücü və sərnişinlər ciddi xəsarət almayıb. Ərazidə 100-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olurlar.
Yağıntı davam edir, əraziyə texnikalar cəlb olunub, yolun açılması üçün tədbirlər görülür.

Regionlar 2022-01-20 13:41:00

Video