×
A
A
A
Sazlamalar

Ötən il Gürcüstan Azərbaycandan 12 min ton dizel yanacağı idxal edib

Tbilisi, 19 yanvar, AZƏRTAC

Ötən il Gürcüstan 96,4 min ton aviasiya yanacağı idxal edib, bu da illik müqayisədə 70,9 faiz çoxdur. Gürcüstan bu yanacaq növünə olan tələbatının 12,4 faizini Azərbaycandan təmin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən məlumat verilib.
Bildirilib ki, Gürcüstanın idxal etdiyi aviasiya yanacağının 12 min tonu Azərbaycanın payına düşüb. Azərbaycan bu göstərici ilə Gürcüstanın ikinci əsas aviasiya yanacağı tədarükçüsü olub. Keçən il Gürcüstan ən çox Türkmənistandan aviasiya yanacağı tədarük edib - 57,7 min ton.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Neft - qaz 2022-01-19 19:52:00