×
A
A
A
Sazlamalar

Gəncədə evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakı, 19 yanvar, AZƏRTAC

Gəncədə evdən 1900 manat dəyərində qızıl-zinət əşyaları və saat oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən şəhər sakini R.Yusifov Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-01-19 19:26:00