×
A
A
A
Sazlamalar

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, yanvarın 21-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Sosial 2022-01-19 18:55:00