×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Nərimanov rayonunda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən il dekabrın 28-də Z.Bünyadov prospektində S.Məhərrəmovanın və N.Əliyevanın xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini X.Xəlilli rayon polis idarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2022-01-19 18:29:00