×
A
A
A
Sazlamalar

Aynurə Zeynalova: Dünya əhalisinin təxminən 30 faizi qanazlığından əziyyət çəkir

Bakı, 19 yanvar, AZƏRTAC
Ötən il 0-13 yaşlı 21 min 986 nəfər anemiyalı uşaq dispanser qeydiyyatına alınıb. 2020-ci ildə isə bu göstərici 19 min 662 olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Ana və uşaq sektorunun məsləhətçisi Aynurə Zeynalova nazirliyin instaqram hesabında çıxışı zamanı məlumat verib.
A.Zeynalova bildirib ki, ölkədə anemiyalı uşaqların sayında artım var.
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya əhalisinin təxminən 30 faizi qanazlığından əziyyət çəkir. Məktəbəqədər təhsil dövründə olan uşaqların isə təxminən 40 faizində anemiya müşahidə edilir”, - deyə o qeyd edib.

Səhiyyə 2022-01-19 18:23:00