×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda evdən pul oğurlayan keçmiş məhkum yaxalanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Sabunçu rayonunda bir evdən pul oğurlayan keçmiş məhkum yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 13-də rayon ərazisindəki evlərin birindən 2500 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Q.İbadullayev rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

 

Hadisə 2022-01-19 18:09:00