×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümünün final oyunu üçün biletlərin qiyməti məlum olub

Bakı, 19 yanvar, AZƏRTAC

UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümünün final oyunu üçün biletlərin qiyməti məlum olub.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək həlledici görüşə birinci kateqoriya biletlər 690, ikinci kateqoriya 490, üçüncü kateqoriya isə 90 avroya satışa çıxarılıb.
İçkilər və yeməklər daxil olmaqla, qonaqpərvərlik zonası girişi üçün biletlərin qiyməti 1390 avro olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də “Qazprom Arena”da gerçəkləşəcək.

İdman 2022-01-19 16:52:00