×
A
A
A
Sazlamalar

Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib

Bakı, 19 yanvar, AZƏRTAC

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.
AZƏRTAC MOK-un feysbuk səhifəsinə istinadla xəbər verir ki, federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Belə ki, Firat Hüseynov federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katibi vəzifəsinə seçiliblər.
Yeni seçilmiş heyət 2024-cü ilin sonunadək vəzifələrini icra edəcək.

İdman 2022-01-19 16:20:00