Azərbaycan badmintonçusu Hindistanda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb
Bakı, 19 yanvar, AZƏRTAC
Badmintonçumuz Edi Reski Dviçayo Hindistanın Lakhau şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.
AZƏRTAC Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında 1/16 final mərhələsində Hindistan təmsilçisi Sourabh Verma ilə qarşılaşan təmsilçimiz gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Badmintonçumuz səkkizdəbir finalda Kim Bruun (Danimarka)- Julyen Carraggi (Belçika) cütünün qalibi ilə qarşılaşacaq.
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
Yüksək Liqa: “Azərreyl” finala yüksəlib
Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir
Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir