×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Niderlandın Qroningen şəhərində keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodrigues zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib.
Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.

 

İdman 2022-01-19 15:03:00