×
A
A
A
Sazlamalar

Anasını balta ilə qətlə yetirən şəxs axtarılır

Xaçmaz, 19 yanvar, AZƏRTAC

Yanvarın 13-ü Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş edilir. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Regionlar 2022-01-19 13:11:00