×
A
A
A
Sazlamalar

Biləsuvarda adı “Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər yaxalanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Ağalıkənd kəndi ərazisində qanunsuz ov edən Biləsuvar rayon sakinləri Samir Rəsulov və Davud Kərimov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onlardan müvafiq sənədləri olmayan “İJ” və “Tula” markalı iki ov tüfəngi və qanunsuz ovladıqları, adı “Qırmızı kitab”a düşmüş turac quşları aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

 

Hadisə 2022-01-19 13:04:00