×
A
A
A
Sazlamalar

Dənli və dənli paxlalı bitkilərin istehsalı 3,3 faiz artıb

Bakı, 19 yanvar, AZƏRTAC

Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, 2021-ci ildə qarğıdalı da daxil olmaqla 998,7 min hektar sahədən, hər hektardan orta hesabla 32,8 sentner olmaqla, ilkin çəkidə 3 milyon 363 min ton dənlilər və dənli paxlalı bitkilər toplanıb.
Ötən il 2020-ci ilə nisbətən istehsal 3,3 faiz və ya 105,9 min ton artıb.

 

Kənd təsərrüfatı 2022-01-19 12:55:00