×
A
A
A
Sazlamalar

Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsi ilə əlaqədar silsilə materiallar hazırlayıb

Bakı, 19 yanvar, AZƏRTAC

Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” başlığı altında biblioqrafik icmal, “20 Yanvar-qanlı tarix” adlı virtual və ənənəvi sərgi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ən şanlı səhifəsi olan 20 Yanvar faciəsi haqqında ulu öndər Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyevin fikirlərindən sitatlar, “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı giriş sözü və mövzuya dair Azərbaycan, rus, ingilis və türk dilində 44 adda kitab haqqında məlumatlar yer alıb.
Burada, həmçinin 20 Yanvar faciəsindən ötən illər ərzində tariximizin bu qanlı səhifəsinə dair yazılmış çoxsaylı tarixi, elmi, publisistik və bədii kitablar nümayiş edilib.
“20 Yanvar-qanlı tarix” adlı virtual sərgisində isə 14 adda kitab və onların qısa annotasiyası, 20 Yanvar faciəsinə dair fotolar, faciənin törənmə səbəbləri və acı nəticələri haqqında qısa məlumatlar, faktlar öz əksini tapıb.
Bundan əlavə kitabxana daxilində “20 Yanvar-qanlı tariximiz” adlı sərgi də təşkil olunub.
Kitabxananın “Tarixdə bu gün” rubrikası bütövlükdə 20 Yanvar hadisələrinə həsr ediləcək.
Sözügedən materiallarla kitabxananın sosial şəbəkə hesablarından tanış ola bilərsiniz.

Mədəniyyət 2022-01-19 12:25:00