×
A
A
A
Sazlamalar

Şahmatçımız Azər Mirzəyev Çexiyada beynəlxalq turnirdə uğurlu çıxışını davam etdirir

Bakı, 19 yanvar, AZƏRTAC

Çexiyanın Marianske-Lazne şəhərində “Marienbad Open 2022” şahmat festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı qrosmeyster Azər Mirzəyev təmsil edir. Şahmatçımız beşinci turda malayziyalı Ren Lim Zhuo ilə qarşılaşmanı qələbə ilə başa vurub. Aktivində 3 xal olan təmsilçimiz bu nəticə ilə ikinci pilləyə yüksəlib.
Doqquz turdan ibarət yarış yanvarın 22-dək davam edəcək.

 

İdman 2022-01-19 12:14:00