×
A
A
A
Sazlamalar

Şirvanda “20 Yanvar - Müstəqilliyimizin qanlı miladı ” adlı tamaşa nümayiş etdirilib

İmişli, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlardan sonra ssenarist, rejissor Elşən İsmayılın “20 Yanvar - Müstəqilliyimizin qanlı miladı” adlı milli-ideoloji, faciəvi dram tamaşası səhnələşdirilib.
Sonda Sabirabad Regional Mədəniyyət İdarəsinin Rəisi Fərid Qurbanzadə tamaşanın kollektivi ilə görüşərək yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.

Regionlar 2022-01-19 12:12:00