×
A
A
A
Sazlamalar

İran, Rusiya və Çin hərbi dəniz qüvvələrinin birgə təlimi keçiriləcək

Tehran, 19 yanvar, AZƏRTAC

İran, Rusiya və Çin hərbi-dəniz donanmasının gücünü və manevr imkanlarını yoxlamaq üçün Fars körfəzində birgə hərbi təlim keçirməyi planlaşdırır.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, Rusiyaya məxsus bir neçə hərbi gəmi təlimdə iştirak etmək üçün artıq İranın Çabahar limanına gəlib.
Qeyd edək ki, bu dövlətlər 2019-cu ildə Hind okeanında birgə hərbi-dəniz təlimi keçirib. Həmin vaxt təlimə az sayda gəmi cəlb olunmuşdu. Rusiya həmin təlimlərə 3, Çin isə 2 gəmi cəlb etmişdi.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2022-01-19 12:12:00