×
A
A
A
Sazlamalar

UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər davam edir

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.
AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində belə qəbul edilirdi ki, bütün tələbələrin bilik səviyyəsi vahid yanaşma ilə, yəni mövcud səviyyəsindən asılı olmayaraq, hamı üçün eyni metodologiya, eyni pedaqoji texnologiyalar və alətlərlə və eyni sürətlə artırıla bilər. Başqa sözlə, hər bir tələbənin fərdi keyfiyyətləri nəzərə alınmaqla tədris prosesinin fərdiləşməsi tətbiq edilmirdi. Bu gün də vəziyyət eynidir.

 

 

Elm və təhsil 2022-01-19 12:11:00